“Firidun bəy Köçərli” adına mükafatın təqdimat mərasimi keçirildi - FOTO

Elm və Təhsil

03.03.2025 13:40

1678

Martın 3-də Azərbaycan Mətbuat Şurasında AzEdu.az Təhsil Portalının təşkilatçılığı ilə "Firidun bəy Köçərli" adına mükafatın 5-ci təqdimat mərasimi keçirilib. 

TodayPress xəbər verir ki, mükafatın əsas məqsədi təhsilin inkişafında xidmətləri olan şəxsləri diqqət mərkəzində saxlamaq, onların fəaliyyət və uğurlarını geniş ictimaiyyətə çatdırmaqdır.  Firidun bəy Köçərli mükafatı məktəb direktorlarına, müəllimlərə, təhsil ekspertlərinə, alimlərə, təhsilə dəstək verən jurnalistlərə, Milli Məclisin deputatlarına, gənc tədqiqatçılara, ictimai xadimlərə və maarifçilik fəaliyyətində fərqlənən şəxslərə təqdim edilir. 

Təqdimat mərasimində AzEdu.az Təhsil Portalının təsisçisi, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, 525-ci qəzetin baş redaktoru,Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, AzEdu.az Təhsil Portalının direktoru Tünzalə Abbasova və mükafata layiq görülən şəxslər iştirak ediblər.  Sonda qaliblərə mükafatlar təqdim olunub. 

Qeyd edək ki, "Firidun bəy Köçərli" adına mükafata Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İskəndərov; Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev; Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov; Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova; “Report İnformasiya Agentliyi” MMC-nin direktoru Fuad Hüseynəliyev; Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının sədr müavini, pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov; Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş və elektron kommunikasiya şöbəsinin müdiri Xanlar Xanlarzadə; Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov; Şuşa şəhər 1 nömrəli tam orta məktəbin direktoru Səbinə Gözəlova; Bakı şəhəri 232 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Kəminə Zalova layiq görülüb. 

Qiymət Mahir

tag: Firidun bəy Köçərli,Mükafat,Media,MŞ,Todaypress.az,

photo
photo