FETÖ və SOROS-un "tarixi silmə" planı: Qərbin təhsil yolu ilə ölkələri parçalamaq cəhdi - RƏY
Elm və Təhsil
16.09.2024 14:58
“Ruslar deyir ki, tarixi qaliblər yazır. Sovet İttifaqının dağıldığı dönəmlərdə, soyuq müharibənin qalibi məhz Qərb bloku - başda ABŞ-nin 40-cı prezidenti Ronald Reyqan olmaqla, Amerika və NATO idi. Buna görə də, tarixə təsir göstərmək onların əlində idi”.
Bu sözləri TodayPress-ə verdiyi açıqlamada siyasi şərhçi Fuad Abbasov deyib.
Onun sözlərinə görə, Corc Sorosun rəhbərlik etdiyi "Açıq Cəmiyyət" adlı təşkilatın əsas hədəfi təkcə Rusiyada deyil, bütün keçmiş Sovet İttifaqı ölkələrinin hamısında fəaliyyət göstərərək, ilk növbədə təhsil nazirliklərini ələ keçiritmək idi:
“Maddi cəhətdən çətin vəziyyətdə olan akademik və müəllimləri qəpik-quruşla aldadıb öz tərəfinə çəkərək, bir sıra dərsliklər dərc edərək, xalqa öz istədikləri formada təsir göstərib, yönləndirirdilər. Əlbəttə bunun altında yatan "tarixi silmə" planları tam olaraq baş tutmadı”.
Ekspert bildirib ki, Qərb blokunun başlıca məqsədi rus çarı İvan Qroznının (qorxunc İvan) dönəmindən bu yana Qərb və Rusiya qarşıdurmasını öz istədikləri kimi qələmə vermək idi. Lakin Moskva bundan vaxtında xəbər tutdu və məkirli planın reallaşmasına imkan vermədi:
“Qərbin təhsil sisteminə təsir göstərərək hakimiyyəti ələ keçirmək cəhdləri bu gün aydın formada görünür. Xatırlatmaq yerinə düşər ki, Fətullah Gülən təşkilatı da Türkiyədən qabaq, 2009-cu ildə Rusiyada qadağan edilmişdi. Rusiya kəşfiyyatı hələ o vaxt müəyyən etmişdi ki, Fətullah Gülənin əmrləri Türkiyədən yox, məhz Pensilvaniya və Amerikadan gəlir”.
Qeyd edək ki, “Ana Ermənistan” müxalifət blokunun lideri Andranik Tevanyanın sözlərinə görə, Sovet İttifaqı dağılandan sonra Qərbin ilk zərbəsi təhsil sisteminə dəyib. Bu, insanların inkişaf səviyyəsinə təsir edib və bütün postsovet respublikalarında mənfi nəticələrə səbəb olub. Qərbin əsas məqsədi təhsil yolu ilə tarixi silməkdir.
Analitikin qənaətincə, nə qədər Qərb təsiri olsa da, Sovet İttifaqının dağılmasının ən başlıca səbəbi məhz elə ermənilərin özləri olub.
Töhfə Səməd
tag: FETÖ, Türkiyə, Rusiya ,Ermənistan, Fətullah Gülən ,Rusiya, Qərb ,todaypress.az,
![photo](/uploads/news/66e80f09bd99b.jpg)