Fərhad Hacıyev: “Kadr bankında 3109 nəfər var”
“Yüksəliş” müsabiqəsi tərəfindən yaradılan kadr bankında 3109 nəfər var”.
TodayPress xəbər verir ki, bunu “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, 4 il ərzində müsabiqə üçün 40 minə yaxın qeydiyyat olub.
O qeyd edib ki, burada 40 yaxın dövlət qurumu və özəl şirkət nümayəndəsi var.
Xatırladaq ki, kadr bankı Azərbaycan Respublikası Prezidentinin Sərəncamını icra etmək məqsədilə “Yüksəliş” müsabiqəsi tərəfindən yaradılıb.
Töhfə Səməd
tag: Fərhad Hacıyev,Kadr Bankı,Açıqlama,Jurnalist,Todaypress.az,