Eşqi Bağırov: “180-ə yaxın odunla qızdırılan məktəb qazla təmin olunacaq”
Elm və Təhsil
29.10.2024 13:25
"Valideynlər heç bir halda tədris proqramından kənar dərs vəsaitlərinin alınmasına məcbur edilə bilməz"
TodayPress xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 1 illik fəaliyyətinə dair Agentlik direktoru Eşqi Bağırov "Hesabat Brifinqdə" bildirib.
Onun sözlərinə görə, yerli idarəetmə orqanlarına və müəssisələrə bu barədə təlimatlar göndərilib. Belə hallar qətiyyən yolverilməzdir. Bu kimi hallar baş verdikdə aidiyyəti şəxslər barədə dərhal tədbirlər görülür.
Eşqi Bağırov, məktəblərin istiliklə bağlı təchizatından da söz açdı:
"Bu il 180-ə yaxın odunla qızdırılan məktəb qazla təmin olunacaq. Ucqar kəndlərdə yerləşən məktəblərdə monitorinqlər aparılır. Bu sahədə boşluqlar qısa müddətdə aradan qaldırılacaq.
Günəş Mərd
tag: Valideyn,Dərs,Elm,Təhsil,Eşqi Bağırov,todaypress.az,