“Ən yaxşı təqdimat” müsabiqəsinin respublika mərhələsinə start verildi

Elm və Təhsil

09.04.2025 10:00

11

Aprelin 8-dən ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında həyata keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin respublika mərhələsinə start verilib. 

Bu barədə TodayPress-ə MÜTDA-dan məlumat verilib.

“Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən, qaliblər diplom və qiymətli hədiyyələrlə təltif olunurlar.

Qeyd edək ki, müsabiqə müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin doğum gününün 102-ci ildönümünə həsr olunub.

Onun zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən daha dərindən öyrənilməsi və təbliği məqsədilə təşkil edilir.

tag: MÜTDA,Ulu Öndər,Heydər Əliyev,Ən yaxşı Təqdimat,Todaypress.az,

photo