Emin Əmrullayev UNESCO əməkdaşı ilə görüşdü

Elm və Təhsil

26.03.2025 21:40

2033

Martın 26-da elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti UNESCO-nun “Elm Diplomatiyası üzrə Qlobal Nazirlər Dialoqu” çərçivəsində UNESCO Baş direktorunun təhsil üzrə köməkçisi Stefania Giannini ilə görüşüb.

TodayPress xəbər veri ki, görüş zamanı iqlim dəyişikliyi üzrə məlumatlılığın artırılması məqsədilə UNESCO-nun qlobal təşəbbüsü olan "Yaşıl Təhsil Tərəfdaşlığı" çərçivəsində Azərbaycan ilə UNESCO arasında əməkdaşlıq müzakirə olunub.


Elm və təhsil naziri Azərbaycanın təşəbbüsü ilə şagirdlərin iqlim savadlılığının Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramı (PISA) çərçivəsində ölçülməsi məsələsinə toxunaraq bu istiqamətdə həyata keçiriləcək işlər barədə fikir mübadiləsi aparıb.

Eyni zamanda, məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi imkanları nəzərdən keçirilib.


tag: Emin Əmrullayev, Nazir, Yaşıl Təhsil, UNESCO, Azərbaycan,todaypress.az,