Emin Əmrullayev: “TİF bizə sənaye ilə əməkdaşlıq qurmağa kömək edir”
Elm və Təhsil
08.10.2024 10:40
"Artıq ölkəmizdə təhsil sahəsində müəyyən mənada irəliyə doğru addımların atılmasına şahidlik edirik".
TodayPress xəbər verir ki, Elm va təhsil naziri Emin Əmrullayev bunu "Gülüstan” sarayında keçirilən Təhsilin İnkişafı Forumunda deyib.
Onun sözlərinə görə, belə addımlardan biri də Təhsil İnkişafı Fondunun yaradılması olub:
"Fond bizə sənaye ilə əməkdaşlıq qurmağa kömək edir. Bugünkü formun mahiyyəti yeni istiqamətləri birlikdə müzakirə etmək üçün bizə imkan yaradır. İnanıram ki, bu faydalı olacaq" deyə nazir bildirib.
Qeyd edək ki, tədbirin məqsədi dövlət-universitet-sənaye tərəfdaşlığının dayanıqlı və davamlı inkişafı ilə yanaşı, birgə dialoq üçün uyğun platforma yaratmaq və prosesə hərtərəfli dəstək göstərməkdir.
Günəş Mərd
tag: Elm ,Təhsil,Emin Əmrullayev ,Forum ,Sənaye ,Universitet, todaypress.az,