Emin Əmrullayev: “Təhsili yeni çağırışlar müstəvisində müzakirə etsək, daha çox inkişafa nail ola bilərik”
Elm və Təhsil
04.10.2024 10:35
"Təhsili yeni çağırışlar müstəvisində müzakirə etsək, daha irəli getmək imkanı olacaq".
TodayPress xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində keçirilən Təhsildə Yeni Çağırışlar V Beynəlxalq Forumunda bildirib.
Onun sözlərinə görə, həm Azərbaycan müəllimi, həm media təhsili məişət xarakterli müzakirədən elmi əsaslı müzakirələr səviyyəsinə gətirilməsinə çalışmalıdır.
“Dünyanın təhsil sistemlərinin oxşar problemləri var. Bu ümumi problemlər müzakirə ediləndə müxtəlif həll yolları ortaya çıxır. Hər ölkənin də, təbii ki, özünəməxsus kontekstə uyğun həlləri var. Azərbaycanda təhsilin məzmunu, tədrisin keyfiyyəti, müəllimin səriştəsi əsas məsələdir” deyə nazir əlavə edib.
Qeyd edək ki, Forum çərçivəsində “Təhsildə hansı yaşıl çağırışlar var və bu çağırışlar hansı öhdəliklər yaradır?”, “Təbiətlə dost olan şagirdlərin yetişdirilməsi üçün hansı addımların atılmasına ehtiyac var?”, “Ekoloji savadlılıq və davranış mədəniyyətinin inkişafına təkan vermək üçün təhsildə hansı ənənəvi yanaşmaları yeni yanaşmalarla əvəz etmək lazımdır?”, “Yaşıl məktəb ideyası mövcud kurikulumlara necə inteqrasiya olunmalıdır?” sualları ətrafında müzakirələr aparılacaq.
Günəş Mərd
tag: Dünya ,Forum, Təhsil ,Yeni Çağırışlar ,Azərbaycan ,Emin Əmrullayev ,todaypress.az,