Emin Əmrullayev müəllimlərin işə qəbulundan danışdı
Elm və Təhsil
04.10.2024 10:51
"Hamı ali təhsilə gəlməlidir deyə bir şey yoxdur".
TodayPress xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində keçirilən Təhsildə Yeni Çağırışlar V Beynəlxalq Forumunda bildirib.
Onun sözlərinə görə, ali təhsil sadəcə təhsilin növbəti pilləsidir:
"Biz ali təhsil müəssisələrinə girişi genişləndirib, çıxışı daraltmaqla hansısa məqsədə nail ola bilərik. Hər ikisi praktikada yoxlanılır".
Müəllimlərin işə qəbulundan söz açan nazir əlavə edib ki, prosedur zamanı baş verən nöqsanları aradan qaldırmaq üçün tədbirlər görülür və zamanla bu tədbirlər işə yarayır.
Emin Əmrullayev sonda bütün müəllimləri 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibəti ilə təbrik edib. Bildirib ki, hər bir müəllim bu adı niyə daşıdığını özündən soruşub bunu cavablandırmalıdır.
Günəş Mərd