Emin Əmrullayev: “Məqsəd gələcək nəsli yeni çağırışlara hazırlamaqdır”

Elm və Təhsil

24.10.2024 11:35

"STEAM Azərbaycan Festivalı təhsil sahəsində nüfuzlu və əhəmiyyətli bir tədbirdir". 

TodayPress xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bakı Ekspo Mərkəzində baş tutan Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalının açılış mərasimində deyib. 

“STEAM Azərbaycan”ın ölkə təhsilində vacib layihələrdən biri olduğunu qeyd edən nazir STEAM-in tədrisində əsas məqsədin gələcək nəsli yeni çağırışlara hazırlamaq olduğunu vurğulayıb. 

O, qeyd edib ki, festival COP29 çərçivəsində Elm və Təhsil Nazirliyinin təşkil etdiyi ilk tədbirdir.  

Nazir çıxışının sonunda iştirakçılara uğurlar arzulayıb. 

Günəş Mərd

tag: Emin Əmrullayev,STEAM, COP29, Təhsil, Elm, Layihə, todaypress.az,