Emin Əmrullayev: “Məktəblərin tikintisi davam edir”

Elm və Təhsil

13.05.2025 12:01

27

“İşğaldan azad olunun ərazilərimizdə hazırda 20 məktəb fəaliyyət göstərir”,

TodayPress xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində deyib. 

O, diqqətə çatdırıb ki, sözügedən ərazilərdə 2300 şagird məktəbə, 200-ə yaxın azyaşlı isə bağçaya gedir.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə təhsil ocaqlarının tikintiləri davam edir. 2026-cı ilə qədər yeni təhsil müəssisələrinin fəaliyyətini görəcəyik”. 

Qiymət Mahir

tag: Emin Əmrullayev,Elm ,Təhsil,Şagird,Todaypress.az,