Emin Əmrullayev “Elm Diplomatiyası üzrə Qlobal Nazirlər Dialoqu”nda iştirak edir

Elm və Təhsil

25.03.2025 17:29

2165

Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti 25-26 mart tarixlərində UNESCO-nun Paris şəhərindəki Baş Qərargahında keçirilən “Sürətlə dəyişən dünyada elm diplomatiyası: kişi və qadınların zehnində sülhün qurulması” mövzusunda Qlobal Nazirlər Dialoqunda iştirak edir.

Bu barədə TodayPress-ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, müxtəlif ölkələrin elm və təhsil nazirlərini, elm üzrə nümayəndə və tanınmış beynəlxalq ekspertləri bir araya gətirən tədbirin əsas məqsədi XXI əsrin qlobal çağırışlarının həllində elm diplomatiyasının rolunu müzakirə etmək, innovasiyanı təşviq etmək və davamlı inkişafın təmin edilməsində elm diplomatiyasının potensialından istifadə yollarını araşdırmaqdır.

tag: Elm,Təhsil,Nazir,Emin Əmrullayev,Qlobal,Dialoq,İştirak,Todaypress.az,