Emin Əmrullayev: “Bizə elmin emitasiyası yox, onun özü lazımdır”

Elm və Təhsil

08.10.2024 11:22

"Bilik və bacarıqla yanaşı məsələyə münasibət önəmlidir. Bir çox elm adamı əməyini kommersiyalaşdıra bilmir. Bu yanaşmadan asılıdır". 

TodayPress xəbər verir ki, Elm va təhsil naziri Emin Əmrullayev bunu "Gülüstan” sarayında keçirilən Təhsilin İnkişafı Forumunda deyib. 

O, bildirib ki, qardaş Türkiyədə bu fərqlidir. Alimlərdə həm də biliyini maliyyəyə çevirmək istəyi var: 

"Biz bu məsələdə çox qısa yollar axtarışındayıq. Bu istiqamətdə nə qədər akademik səmimiyyət qura bilsək, bir o qədər də sürətlə irəli gedə bilərik. Bizə elmin emitasiyası yox, onun özü lazımdır". 

Nazir vurğulayıb ki, son illər alimlərin elmi məqalələrinin sayı artır: 

"Bu, bizi sevindirir. 100-dən artıq alimə müxtəlif nəticələrə görə əlavə mükafatların verilməsinə başlamışıq. Bu, ilkin mərhələ üçün yanlış görünə bilər, amma bir yerdən başlamaq lazımdır" 

Qeyd edək ki, “Tərəfdaşlıqdan tərəqqiyə” devizi ilə keçirilən Forumda dövlət və özəl sektorun 300 nəfərədək nümayəndəsi iştirak edir.

Günəş Mərd

tag: Təhsil, Emin Əmrullayev ,Forum ,Tərəfdaşlıq ,Elmi Məqalələr, todaypress.az,