Emin Əmrullayev: "64901 nəfər sertifikatlaşdırılmaya cəlb olunub"

Elm və Təhsil

06.02.2025 15:19

1678

“Bu günə qədər 64901 nəfər sertifikatlaşdırılmaya cəlb olunub”. 

TodayPress xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev brifinqdə deyib. 

Onun sözlərinə görə, onlardan 17426 nəfər yüksək nəticə göstərdiklərinə görə əməkhaqqılarına 35% əlavə edilib.

Orta nəticə göstərən 38084 nəfər isə 10%-lik əlavə gəlir alırlar:    

“İbtidai sinif üzrə 31 852 müəllim, Azərbaycan dili və ədəbiyyat üzrə 9 892 nəfər, riyaziyyat fənni üzrə 8 807, xarici dil üzrə isə 13 957 müəllim imtahan verib”. 

Töhfə Səməd

tag: Elm və Təhsil Nazirliyi,Sertifikatlaşdırma,Emin Əmrullayev,Brifinq,Todaypress.az,