Elnur Nəsibov: “Peşə təhsili alan tələbələr daha tez iş tapırlar”
Elm və Təhsil
08.10.2024 11:38
"Ali təhsil müəssisələrimizdə təcrübələrin genişləndirilməsinə ehtiyac var"
TodayPress xəbər verir ki, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov bunu "Gülüstan” sarayında keçirilən Təhsilin İnkişafı Forumunda səsləndirib.
"Bu prosesi gecikdirmək olmaz. Tədqiqatlar göstərir ki, peşə təhsili alan tələbələr digərlərinə nisbətdə daha tez iş tapırlar. Bu, birbaşa təcrübə ilə bağlıdır" deyə Elnur Nəsibov əlavə edib.
Qeyd edək ki, “Tərəfdaşlıqdan tərəqqiyə” devizi ilə keçirilən Forumda dövlət və özəl sektorun 300 nəfərədək nümayəndəsi iştirak edir.
Günəş Mərd
tag: Ali Təhsil, Gülüstan Sarayı, Tədqiqatlar ,Elnur Nəsibov ,Forum ,todaypress.az,