Elnur Nəsibov “Gənc Qızların Təhsilinə Dəstək” layihəsinin önəmindən danışdı

Elm və Təhsil

14.10.2024 16:15

“Gənc Qızların Təhsilinə Dəstək” layihəsi özü ilə digər 4 təqaüd proqramını da gətirdi. Bunlar “Hənifə Məlikova - Zərdabi adına təqaüd proqramı”, “Parla” təqaüd və inkişaf proqramı, “Zərif mühəndislər” təqaüd proqramı və “Maya Hacıyeva adına İKT bacarıqları” təqaüd proqramıdır”. 

TodayPress xəbər verir ki, bunu Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov “Gənc Qızların Təhsilinə Dəstək” layihəsi çərçivəsində keçirilən tədbirdə deyib. 

Onun sözlərinə görə, 2023-2024-cü tədris ilində layihə üzrə təqaüd alanlardan 5-i şəhid yoldaşı olub. 2 nəfər isə “NEQSOL Holding” tərəfindən işlə təmin olunub.  

Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin və Təhsilin İnkişafı Fondunun əməkdaşlığı ilə keçirilən layihə çərçivəsində regionlardan gənc qızlarıntəhsilinə dəstək göstərilməsi məqsədilə yaradılan “Hənifə Məlikova - Zərdabi adına təqaüd proqramı” üzrə aylıq təqaüd qazanan sosial həssas təbəqəni təmsil edən, həmçinin ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan qızlar mükafatlandırılıb. 

Töhfə Səməd

tag: Layihə ,Hənifə Məlikova ,Elnur Nəsibov ,NEQSOL Holding ,todaypress.az,