Elm və təhsil naziri Şabranda vətəndaşları qəbul etdi
Bu gün elm və təhsil naziri Emin Əmrullayev Şabran şəhərində vətəndaşları qəbul edib.
Bu barədə TodayPress-ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qəbulda Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran sakinləri iştirak ediblər. Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Qəbul zamanı vətəndaşlar işlə təmin olunma, tələbə təqaüdü, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.
Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.
tag: Elm,Təhsil,NAzir,Emin Əmrullayev,Şabran,Vətəndaş,Qəbul,Todaypress.az,