Dövlət qulluğunda inzibati vəzifələrə qəbul imtahanına start verildi

Elm və Təhsil

22.09.2024 10:15

Sentyabrın 22-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC qruplarına uyğun vəzifələr üzrə test imtahanı keçirilib.

TodayPress xəbər verir ki, imtahan Bakı və Naxçıvan şəhərlərində təşkil olunacaq və kompüterlər vasitəsilə keçiriləcək. İmtahana qeydiyyat 2024-cü il avqustun 21-dən sentyabrın 13-dək aparılıb və bu müddət ərzində 132 namizəd qeydiyyatdan keçib.

İmtahan saat 10:00-da başlayıb. Saat 09:45-dən sonra gələn namizədlər imtahana buraxılmayıb. Buraxılış vərəqəsində imtahan yeri, binası, imtahana gəlməli olan vaxt və digər zəruri məlumatlar göstərilib.


tag: DİM,İmtahan,Qəbul,Buraxılış,Dövlət,Qulluq,todaypress.az,