Dominik Savaj: "Məktəblərdə təhsil nümunəyə əsaslanmalıdır"
Elm və Təhsil
04.10.2024 11:30
"Məktəblərdə təhsil nümunəyə əsaslanmalıdır".
TodayPress xəbər verir ki, bunu Dünya Təhsil Forumunun yaradıcısı və direktoru Dominik Savaj ADA Universitetində keçirilən Təhsildə Yeni Çağırışlar V Beynəlxalq Forumunda bildirib.
Onun sözlərinə görə, Böyük Britaniyada məktəblilərə bu işdə "Zero" üsulunun tətbiqi kömək edir:
"Uşaqlar məktəbdə böyük dəyişikliklər görmək istəyəndə biz bu üsulla onlara kömək edirik. Məsələn: Onların istəyi ilə biz məktəbin tavanına günəş panelləri yerləşdirdik. Beləcə pula qənaət etmiş olduq. Bu dünyada tətbiq oluna biləcək olduqca müsbət tendensiyadır".
Günəş Mərd
tag: Məktəblər, Təhsil ,Elm ,ADA ,Dominik Savaj ,todaypress.az,