Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanıldı

Elm və Təhsil

13.05.2025 12:04

22

13 may saat 11:00-dan ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinə başlanılıb. 

Bu barədə TodayPress-ə Elm və Təhsil Nazirliyindən məlumat verilib. 

Sənəd qəbulu prosesi elektron qaydada portal.edu.az vasitəsilə həyata keçirilir.   Sənəd qəbulu 2 iyun tarixində başa çatacaq. 

Doktoranturaya sənəd qəbuluna dair ən çox soruşulan suallar və cavabları ilə linkə daxil olaraq tanış ola bilərsiniz:

https://edu.gov.az/uploads/Ali-tehsil/2025/dokturantura-qebul-telimat.pdf

tag: Doktorantura,Qəbul,İmtahan,Tarix,Todaypress.az,