Direktorların işə qəbulu zamanı sertifikatlaşdırma nəticələri nəzərə alınacaq

Elm və Təhsil

06.02.2025 15:25

2545

“Direktorların işə qəbulu zamanı onların sertifikatlaşdırma nəticələri nəzərə alınacaq”. 

TodayPress xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev brifinqdə deyib.   

Onun sözlərinə görə, direktor müavinlərinin işə qəbulu zamanı isə onların həm sertifikatlaşdırma nəticələri, həm də müəssisə rəyi nəzərə alınacaq. Şərtləri ödəyən şəxslər müsahibə mərhələsində iştirak edəcək. Ötən il müsabiqədə iştirak etmiş namizədlərin nəticələrinə isə yeni qaydalar çərçivəsində baxılacaq.   

Töhfə Səməd

tag: Direktor,İşə qəbul,Müsahibə,Təhsil,Todaypress.az,