DİM: Yeddi şagird imtahandan xaric edildi
Bu gün Dövlət İmtahan Mərkəzinin (DİM) tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirdiyi buraxılış imtahanına gələn 6 şagirddə mobil telefon, 1 nəfərdə ağıllı saat aşkarlanıb və imtahandan xaric ediliblər.
TodayPress xəbər verir ki, bu barədə DİM-dən məlumat verilib.
Bildirilib ki, iki nəzarətçi isə iştirakçılara kömək etməyə cəhd etdiyi üçün imtahandan kənarlaşdırılıb.
Məsələ ilə bağlı araşdırma aparıldığı vurğulanıb.
Qeyd olunub ki, imtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini evdə unudan, etibarlılıq müddəti başa çatan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub.
tag: DİM,İmtahan,Buraxılış,Şagird,todaypress.az,