DİM xaricdə təhsil alanlar üçün peşə tanınması üzrə növbəti imtahan keçirəcək
Elm və Təhsil
09.01.2025 12:14
Xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün yanvarın 30-da peşə tanınması üzrə növbəti imtahan keçiriləcək.
Bu barədə TodayPress-ə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
İmtahan DİM-in Elektron imtahanlar korpusunda kompüterlər vasitəsilə keçiriləcək.
İmtahanda iştirak etmək üçün Təhsildə Keyfiyyətin Təminatı Agentiyində qeydiyyatdan keçmiş ərizəçilər yanvarın 25-dən etibarən DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edə biləcəklər.
tag: Dim ,İmtahan, Təhsil, Agentlik, todaypress.az,