DİM və Gürcüstan MQİM əməkdaşlığı genişləndirir
Dövlət İmtahan Mərkəzi ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi (MQİM) arasında Anlaşma Memorandumunun müddəti uzadılıb.
TodayPress xəbər verir ki, bu məqsədlə aprelin 24-də tarixində DİM-də görüş keçirilib.
Tədbirdə hər iki qurumun nümayəndələri, o cümlədən DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə və MQİM-in direktoru Nino Tsereteli iştirak ediblər.
Görüş zamanı təcrübə mübadiləsinin genişləndirilməsi, imtahan proseslərinin avtomatlaşdırılması, test tapşırıqlarının qarşılıqlı nəzərdən keçirilməsi və yeni əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.
Məleykə Abbaszadə DİM-in tətbiq etdiyi texnoloji yeniliklərdən danışaraq qurumun bu sahədə lider rolunu vurğulayıb.
Qonaqlar səfər çərçivəsində DİM-in muzeyində, qapalı imtahan materialları zonasına və “Sual Kitabçalarının Rəqəmsal Hazırlanması və Auditi Sistemi” ilə tanış olublar.
Aprelin 27-də isə onlar buraxılış imtahanını müşahidə edəcəklər.
Qiymət Mahir
tag: DİM,Məleykə Abbaszadə,Gürcüstan,Memorandum,Todaypress.az,