DİM rəsmisi: "İşarələmə vasitəsilə yazı işinin tanıdılması cəhdləri sıfra salınır"

Elm və Təhsil

08.04.2025 11:47

17

“İstənilən bir şagirdin hər tapşırıq üzrə yazı işinin iki ayrı marker tərəfindən qiymətləndirilməsi onun hər hansı işarələmə vasitəsilə yazı işini tanıtması cəhdlərini sıfra salır”. 

TodayPress xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin Bacarıqların, vərdişlərin qiymətləndirilməsi və markerlərlə iş şöbəsinin müdiri Aydın Qasımov bunu KİV nümayəndələrinin 8 aprel 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda “İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən tapşırıqların yoxlanılma prosesi”ni müşahidə etmək üçün təşkil olunan mediator zamanı deyib.   

Onun sözlərinə görə, bu qayda ilə hər şagirdin ümumi işi ən az 20 müxtəlif marker tərəfindən yoxlanılır. 

Töhfə Səməd

tag: DİM,İmtahan,Mərkəz,Marker,Todaypress.az,