DİM rəsmisi: “Açıq tipli suallarda məşhur qohumunun adını, nömrəsini yazan şagirdlər var”
“İmtahan prosesində açıq tipli suallarda məşhur qohum və tanışlarının adını, nömrəsini yazan şagirdlər var”.
TodayPress xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin Bacarıqların, vərdişlərin qiymətləndirilməsi və markerlərlə iş şöbəsinin müdiri Aydın Qasımov bunu KİV nümayəndələrinin 8 aprel 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda “İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən tapşırıqların yoxlanılma prosesi”ni müşahidə etmək üçün təşkil olunan mediator zamanı deyib.
Onun sözlərinə görə, bu kimi hallar bir neçə dəfə baş verib.
“Belə ki, şagird bəzən özü haqqında məlumatları, valideynlərinin, tanınmış qohumlarının əlaqə nömrələrini edir. Bu zaman həmin şəxs "0" bal ilə qiymətləndirilir”.
Töhfə Səməd
tag: İmtahan,Sual,Açıq tipli,Şagird,Todaypress.az,