Deputat: “Əsas diqqətin yaşıl texnologiyalara yönəldilməsi mühümdür”

Elm və Təhsil

24.10.2024 11:45

"İqlim dəyişikliyi ilə mübarizə haqqında danışarkən mütləq texnologiyalardan da danışmalıyıq".

TodayPress xəbər verir ki, bunu COP29-un BMT-nin İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu, Milli Məclisin deputatı Nigar Arpadarai Bakı Ekspo Mərkəzində baş tutan Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalının açılış mərasimində deyib. 

Onun sözlərinə görə, gənclər indi daha çox texnoloji həllərlə çıxış etməlidirlər. 

O, öz növbəsində bildirib ki, COP29 ərəfəsində keçirilən builki STEAM festivalı çərçivəsində əsas diqqətin yaşıl texnologiyalara yönəldilməsi mühüm əhəmiyyət kəsb edir. 

Nigar Arpadarai STEAM təhsil metodunun sinergetik potensialı sayəsində iqlim dəyişmələrinin təsirlərini yumşaltmağın mümkünlüyünə də toxunub.

Günəş Mərd

tag: Nigar Arpadarai, STEAM, COP29, Milli Məclis, Texnologiyalar, todaypress.az,