Buraxılış imtahanının nəticələrinin elan olunacağı tarix açıqlandı

Elm və Təhsil

08.04.2025 11:39

34

“Mart ayında keçirilən buraxılış imtahanların nəticələri hazırda emal olunur”. 

TodayPress xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov bunu KİV nümayəndələrinin 8 aprel 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda “İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən tapşırıqların yoxlanılma prosesi”ni müşahidə etmək üçün təşkil olunan mediator zamanı deyib. 

Onun sözlərinə görə, 11-ci sinif şagirdləri üçün 2 mart tarixində keçirilən buraxılış imtahanının nəticələrinin bu həftə sonu, 9 martda keçirilən imtahanın nəticələrinin isə gələn həftə elan olunması planlaşdırılır.

Töhfə Səməd

tag: İmtahan,Buraxışıl,KİV,DİM,Todaypress.az,