Buraxılış imtahanında 23 nəfər maksimum bal topladı
Martın 2-də keçirilmiş buraxılış imtahanın iştirakçıları arasında 23 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.
Bu barədə TodayPress-ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, bu imtahanda iştirakı nəzərdə tutulan 57439 nəfərdən 468 nəfər imtahana gəlməyib.
İmtahan qaydalarını pozduğu üçün 10 nəfərin nəticəsi ləğv olunub.
Qeyd: 9 mart 2025-ci ildə keçirilmiş buraxılış imtahanının nəticələrinin növbəti həftənin sonunadək elan olunması nəzərdə tutulur.
tag: DİM,İmtahan,Nəticələr,Maksimum,Uğur,Todaypress.az,