Bu il kolleclərə 10575 nəfər qəbul oldu

Elm və Təhsil

06.08.2024 18:10

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən (DİM) TodayPress-in sorğusuna cavab olaraq bildirilib ki, qəbul üçün 10930 yer ayrılıb ki, bu plana əsasən ümumi bölmələr üzrə 10575 nəfər kollecə daxil olub. 

Onlardan 10202-si Azərbaycan, 373-ü isə rus bölməsinə qəbul alıb. 

Ödənişsiz əsaslarla 4499, ödənişli 5676, özəl kolleclərə isə 400 nəfər daxil olub. 

Abituriyentlər 2024-cü il 12 – 20 avqust tarixlərində elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün, https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcək.

Töhfə Səməd

tag: DİM, Azərbaycan,Elm, Təhsil,Kollec,Abituriyent, todaypress.az,