Bu il 127 mindən çox uşaq I sinfə qəbul edildi
Elm və Təhsil
19.08.2024 13:38
Mayın 1-dən bu günə qədər ümumilikdə
127 mindən çox uşaq I sinfə qəbul edilib.
Bu barədə TodayPress-ə Məktəbəqədər və
Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Qeyd edilib ki, 2024-2025-ci tədris
ili üçün birinci sinfə qəbulu proqnozlaşdırılan məktəbyaşlı uşaqların sayı ilə
qeydiyyatdan keçənlərin sayında fərq müşahidə edilir.
Agentlik valideynlərə müraciət edərək
bildirib ki, tədris ili yaxınlaşdıqca ümumi təhsil müəssisələrində uşaqların
qeydiyyatının aparılması, sənədləşmə işlərinin dəqiq və vaxtında başa çatdırılması
baxımından bu mərhələnin əhəmiyyəti vacibdir.
"Bunu nəzərə alaraq övladlarının
2024-2025-ci tədris ili üzrə I sinfə elektron qəbulu prosesini həyata keçirmək
istəyən valideynlər mektebeqebul.edu.az saytı vasitəsilə şəxsi kabinet
yaradaraq məktəb və müəllim seçimi edə bilərlər" müraciətdə qeyd olunub.
tag: Məktəb, Şagird, Birinci sinf,Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, todaypress.az,