Birinci siniflərə elektron qəbul prosesində məktəb və müəllim seçiminin vaxtı açıqlandı

Elm və Təhsil

05.05.2025 10:09

27

Birinci siniflərə elektron qəbul prosesində məktəb və müəllim seçiminin vaxtı açıqlandı 2025–2026-cı tədris ili üzrə birinci sinfə şagirdlərin elektron qeydiyyatı prosesi çərçivəsində https://mektebeqebul.edu.az portalında texniki sabitliyin və fasiləsizliyin təmin olunması məqsədilə Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi prosesinin vaxtı dəyişdirilmişdir. 

Bu barədə TodayPress-ə MÜTDA-dan məlumat verilib.

Belə ki, Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi 6 may 2025-ci il saat 15:00-da aktivləşəcək.

Rus bölməsi üzrə müsahibəyə yazılma prosesinə isə 6 may 2025-ci il saat 11:00-da start veriləcək.

Valideynlərdən və qanuni nümayəndələrdən portalda aparılan yenilikləri diqqətlə izləmələri və göstərilən tarixlərə uyğun şəkildə qeydiyyat prosesində iştirak etmələri xahiş olunur.

tag: MÜTDA,Şagird,Qəbul,Proses,Todaypress.az,