Beynəlxalq Elmi Ay Stansiyası yaradılır

Elm və Təhsil

29.04.2025 10:20

20

BRİKS də daxil olmaqla 13 ölkə Beynəlxalq Elmi Ay Stansiyasının yaradılması işində Rusiya və Çinə qoşulub.

TodayPress xəbər verir ki, bu barədə "Roskosmos"un Baş direktoru Dmitri Bakanov məlumat verib.

"Beynəlxalq Elmi Ay Stansiyasının yaradılması ilə bağlı Çinlə birgə təşəbbüsümüz fəal şəkildə inkişaf edir. Artıq 13 ölkə (Belarus, Pakistan, Azərbaycan, Venesuela, Cənubi Afrika, Misir, Tailand, Serbiya, Nikaraqua, Seneqal, Cibuti, Efiopiya, Boliviya), o cümlədən BRİKS, Efiopiya buraya qoşulub" deyə Bakanov BRİKS ölkələrinin kosmik agentlikləri rəhbərlərinin görüşündə bildirib.

Onun sözlərinə görə, Rusiyada Veneranın tədqiqi sahəsində unikal elmi məktəblər var. Bakanov vurğulayıb ki, Rusiyanın kosmosun dərin tədqiqi sahəsində texnoloji nailiyyətləri beynəlxalq BRİKS proqramları üçün əsas ola bilər.

O xatırladıb ki, Çin, Hindistan və BƏƏ-dən olan kosmik gəmilər Marsa çatıb və bu ölkələrin də Ayı tədqiq etmək təcrübəsi var. "Roskosmos" rəhbəri ümidvar olduğunu bildirib ki, bu cür proqramların sayı artacaq və onların birgə həyata keçirilməsi elmi baxımdan dəfələrlə səmərəli və milli büdcələr üçün daha optimal olacaq.

Töhfə Səməd

tag: BRİKS ,Beynəlxalq Elmi Ay Stansiyası,Rusiya ,Çin,todaypress.az,