BDU və Hoca Əhməd Yəsəvi Universiteti arasında “Orhun” mübadilə protokolu imzalandı
Bakı Dövlət Universiteti (BDU) ilə Qazaxıstanın Hoca Əhməd Yəsəvi Beynəlxalq Türk-Qazax Universiteti arasında “Orhun” mübadilə protokolu imzalanıb.
Bu barədə TodayPress-ə BDU-dan verilən məlumata görə protokol çərçivəsində akademik heyətin, təhsilalanların və tədqiqatçıların mübadiləsi nəzərdə tutulur.
Qazaxıstanın nüfuzlu universitetlərindən biri olan Hoca Əhməd Yəsəvi Beynəlxalq Türk-Qazax Universitetinin əsası 1991-ci ildə qoyulub.
Hazırda universitetdə 9 fakültə fəaliyyət göstərir.
Bu universitet “QS Dünya Universitetləri Reytinqi”ndə 801-850-ci pillələrdə yer alır.
Protokolu BDU-nun rektoru Elçin Babayev və Qazaxıstanın Hoca Əhməd Yəsəvi Beynəlxalq Türk-Qazax Universitetinin rektoru Zhanar Temirbekova imzalayıblar.
tag: BDU,Qazaxıstan,Orhun,Protokol,Todaypress.az,