Bakıda Təhsilin İnkişafı Forumu işə başladı
Elm və Təhsil
08.10.2024 10:14
“Gülüstan” sarayında 300 nəfər dövlət və özəl sektor nümayəndəsinin iştirakı ilə “Tərəfdaşlıqdan tərəqqiyə” devizi ilə Təhsilin İnkişafı Forumu keçirilir.
TodayPress xəbər verir ki, Forumun təşkilatçıları Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Təhsilin İnkişafı Fondudur.
Tədbirin məqsədi dövlət-universitet-sənaye tərəfdaşlığının dayanıqlı və davamlı inkişafı ilə yanaşı, birgə dialoq üçün uyğun platforma yaratmaq və prosesə hərtərəfli dəstək göstərməkdir.
Forum ərzində 3 moderator və 21 spiker “Biliyi dəyərə çevirən sinerji”, “Tədqiqatdan inkişafa gedən yol”, “Gələcəyi gənclərə necə hazırlamalı?” panelləri üzrə müzakirələr aparacaqlar.
Günəş Mərd
tag: Bakı, Təhsil ,Forum ,Təhsilin İnkişafı Forumu , Elm və Təhsil Nazirliyi ,todaypress.az,