Bakıda Təhsildə Yeni Çağırışlar V Beynəlxalq Forumu keçirildi
Elm və Təhsil
04.10.2024 14:05
ADA Universitetində Təhsildə Yeni Çağırışlar V Beynəlxalq Forumu keçirilib.
TodayPress xəbər verir ki, “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilən və COP29 ideyasını özündə ehtiva edən beynəlxalq forum “Daha təhsilli gələcək” devizi ilə baş tutub.
Elm və Təhsil Naziri Emin Əmrullayev təhsili yeni çağırışlar müstəvisində müzakirə etməyin faydalı olduğunu vurğulayıb. Dünyanın təhsil sistemlərindəki problemlərindən danışan nazir, müəllimlərin işə qəbulundan da söz açıb. O, əlavə edib ki, prosedur zamanı baş verən nöqsanları aradan qaldırmaq üçün tədbirlər görülür. Emin Əmrullayev sonda bütün müəllimləri 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibəti ilə təbrik edib.
Dünya Təhsil Forumunun direktoru Dominik Savaj qeyd edib ki, məktəblərdə təhsil əsasən nümunəyə əsaslanmalıdır. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxer isə tələbə və şagirdlərin iqlim dəyişikliyi barədə məlumatlandırılmasının vacibliyini vurğulayıb.
Forum çərçivəsində “Təhsildə hansı yaşıl çağırışlar var və bu çağırışlar hansı öhdəliklər yaradır?”, “Təbiətlə dost olan şagirdlərin yetişdirilməsi üçün hansı addımların atılmasına ehtiyac var?”, “Yaşıl məktəb ideyası mövcud kurikulumlara necə inteqrasiya olunmalıdır?” sualları ətrafında müzakirələr aparılıb.
Günəş Mərd
tag: ADA,Təhsil ,Yeni Çağırışlar, Təbiət ,Yaşıl Məktəb ,todaypress.az,