Bağça müdirlərinin yerdəyişməsi müsabiqəsi başlandı

Elm və Təhsil

11.04.2025 11:11

8

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələri müdirlərinin yerdəyişməsi müsabiqəsi başlayır. 

Bu barədə TodayPress-ə İdarədən məlumat verilib. 

Bildirilib ki, müsabiqədə ali pedaqoji təhsili olan və hazırda müdir vəzifəsində çalışdığı müəssisədə 3 (üç) ildən az olmayaraq işləyənlər iştirak edə bilərlər.

Yerdəyişmə üçün ərizə verən namizədlər təqdim olunan vakant yerlərdən maksimum 3-nü seçə bilər. 

Müsabiqədə iştirak etmək istəyən məktəbəqədər təhsil müəssisələri müdirləri aprelin 11-dən 17-dək təqdim edilən link vasitəsilə qeydiyyatdan keçə bilərlər.

tag: Bağça, Təhsil, Elm, Uşaqlar, Sənəd Qəbulu, todaypress.az,