Bağça müdiri olmaq istəyənlər üçün elektron sənəd qəbulu başladı
Elm və Təhsil
27.11.2024 12:26
Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayıb.
TodayPress xəbər verir ki, proses dekabrın 4-dək davam edəcək.
Qeyd edək ki, müsabiqədə pedaqoji sahə üzrə ali təhsili, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji stajı olan şəxslər iştirak edə bilərlər.
tag: Təhsil, Bağça, Müdir, Sənəd Qəbulu, Müsabiqə, todaypress.az,