Azərbaycanda 23 ailədə həm valideyn, həm də övladına təhsil krediti verildi

Elm və Təhsil

20.12.2024 11:45

Azərbaycanda 23 ailədə həm valideyn, həm də övladına təhsil krediti verilib.

TodayPress xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun İdarə heyətin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov fondun 3 illik fəaliyyətinə dair keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, bütün bölgələrdən müraciətlər olur: 

"Ən ucqar rayondan belə təhsil kreditlərinə müraciət var. Təhsil Tələbə Krediti Fondunun yaratdığı imkanlardan faydalanmaq üçün yaş məhdudiyyəti yoxdur ".

B.Əzimov əlavə edib ki, 23 ailədə valideyn və övladlar da daxil olmaqla, ümumilikdə 69 nəfərin, 1 069 ailədə isə 2 nəfərin, yekun olaraq 2 min 318 nəfər tələbə adı qazanaraq təhsil krediti götürüb.

Geri ödənişlər zamanı tələbələrə edilən güzəştlər məsələsinə toxunan B.Əzimov TTK-dan yararlanmış 6500-dən çox tələbənin məzun olduğunu və götürdükləri kreditləri aylıq kiçik məbləğlərlə geri ödəməyə başladığını bildirib. O, qeyd edib ki, sosial TTK almış 173 tələbənin Ümumi Orta Müvəfəqqiyyət Göstəricisi (ÜOMG) yüksək oduğuna görə götürdükləri kreditlərin tam yarısı dövlət tərəfindən onlara bağışlanıb:

"400-ə yaxın standart TTK almış məzunda isə bu güzəşt 25% təşkil edib. Hesabat dövrü ərzində təhsil göstəriciləri yüksək olan məzunlara bağışlanmış vəsaitin ümumi məbləği təqribən 444 min azn təşkil edib". 

Bu cür güzəştlərin təhsilin keyfiyyətinin artmasına birbaşa təsir etdiyini və tələbələri daha böyük əzmlə çalışmağa sövq etdiyini qeyd edən B.Əzimov, Fondun bundan sonra da ödənişli əsaslarla əyani təhsil alan tələbələrə dəstək olmağa hazır olduğunu, müraciətlərin semestrin sonuna qədər davam etdiyini diqqətə çatdırıb.  

Günəş Mərd

tag: Təhsil ,Tələbə, Kredut, Bəhruz Əzimov, todaypress.az,