Azad olunmuş ərazilərdə peşə məktəblərində təhsil haqqını dövlət ödəyəcək

Elm və Təhsil

14.04.2025 11:11

11

İşğaldan azad edilmiş ərazilərdə məskunlaşmış və 2025/2026, 2026/2027, 2027/2028-ci tədris illərində dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə qəbul olunmuş, habelə həmin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil almaqda olan şəxslərin təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. 

TodayPress xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Təhsil haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb. 

"Peşə təhsili haqqında" qanuna da uyğunlaşdırma xarakterli dəyişiklik edilib. 

Bu Qanun 2025-ci il sentyabrın 15-dən qüvvəyə minir.

tag: Peşə ,Təhsil ,Vəsait, Miqdar, todaypress.az,