Araz Paşayev: "Qızlarımız təhsil almalıdır"
Elm və Təhsil
20.12.2024 11:33
"Qızlarımız təhsil almalıdır".
TodayPress xəbər verir ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədri Araz Paşayev bunu Təhsil Tələbə Krediti Fondunun 3 illik fəaliyyətinə dair keçirilən tədbirdə bildirib.
"Statistika göstərir ki, gender əsaslı həssas olan rayonlarda xanımların təhsilə çıxışı daha çoxdur, nəinki digər rayonlarda. Cəmiyyətin böyük qismi artıq qızların təhsil almasının vacibliyini dərk edib. Bu, qürurvericidir" deyə o, əlavə edib.
Qeyd edək ki, Paşayev bundan əvvəl Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri vəzifəsində çalışıb.
Günəş Mərd
tag: Qız ,Təhsil, Gender, Rayon ,Araz Paşayev ,todaypress.az,