Andreas Sleyxer: “Gənclərin iqlim savadlılığının artırılmasına xüsusi diqqət göstərilməlidir”
Elm və Təhsil
04.10.2024 11:48
"Məktəblərdə müəllimlərdən soruşanda iqlim dəyişikliyi nədir? Cavab verirlər. Lakin şagirdlərdən soruşanda cavabını bilmirlər".
TodayPress xəbər verir ki, bunu İƏİT-in təhsil və bacarqlar üzrə direktoru, PISA-nın yaradıcısı Andreas Sleyxer ADA Universitetində keçirilən Təhsildə Yeni Çağırışlar V Beynəlxalq Forumunda bildirib.
O, qeyd edib ki, yeni dünya düzənində gənclərə iqlim dəyişikliyi ilə bağlı fərq yarada biləcəklərinə inandırmalıyıq:
"Bunu tək kurikulumda dəyişiklik etməklə deyil, gənclərin düşüncəsində dəyişiklik etməklə əldə edə bilərik. Təəssüf ki, şagirdlər arasında 5 nəfərdən 1-də buna inam var".
Onun sözlərinə görə, son araşdırma göstərir ki, qızların iqlim dəyişikliyi ilə bağlı bilikləri oğlanlardan daha çoxdur.
Günəş Mərd
tag: İƏİT, tƏHSİL ,Andreas Sleyxer, İqlim, Şagirdlər ,Kurikulum ,todaypress.az,