Anar İsgəndərov: “Firidun bəy Köçərlinin təhsildəki rolu danılmazdır”

Elm və Təhsil

03.03.2025 13:18

2576

“Təhsil kimi uca olan başqa bir sahə yoxdur”. 

TodayPress xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov AzEdu.az Təhsil Portalının təşkilatçılığı ilə keçirilən "Firidun bəy Köçərli" adına mükafatın təqdimat mərasimində deyib.   

“Bu gün təhsil sahəsində “Firidun bəy Köçərli” adına mükafatın təqdim olunması çox şərəflidir. Çünki Firidun bəy Köçərlinin Azərbaycan təhsilində rolu danılmazdır. Müəllimlik olduqca çətin və ali peşədir. Müəllim ədalət, əxlaq, nəfsi yerində olan şəxsdir” deyə o qeyd edib.     

Qiymət Mahir

tag: Tədbir,Mətbuat Şurası ,“Firidun bəy Köçərli”,Anar İsgəndərov,Todaypress.az,