Anar Əliyev: “Biz bu sahəyə özəl sektoru da daxil etməliyik”
Elm və Təhsil
08.10.2024 11:50
"Sovet dövründə əmək bazarı ilə indiki kimi əlaqə qurulmamışdı. Bu gün biz təhsil sistemi ilə əmək bazarı arasında əlaqə qurmağa çalışırıq".
TodayPress xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev bunu "Gülüstan” sarayında keçirilən Təhsilin İnkişafı Forumunda deyib.
Onun sözlərinə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsizlik üçün məşğulluq tədbirləri həyata keçirir:
"Onların peşəyə cəlb olunmasına səy göstəririk. Məşğulluq strategiyası ilə regionalar üzrə 10 peşə hazırlığı müəssisələrinin yaradılması nəzərdə tutulur. Özəl sektorun da bu prosesə qoşulmasına çalışmalıyıq. İl ərzində 15 min şəxsin peşə hazırlığı səviyyəsinə çatmasına nail olmuşuq. Peşə hazırlığına cəlb olunan şəxslərin işsizliyi tezliklə həll olunur. Peşə hazırlığı tədbirlərimiz əmək bazarına uyğun həyata keçirilir".
Nazir müavini sonda qeyd edib ki, təhsil aldıqdan sonra hansısa müəssisədə işləyəcəyini bilən şəxslərin motivasiyası daha yüksək olur.
Qeyd edək ki, “Tərəfdaşlıqdan tərəqqiyə” devizi ilə keçirilən Forumda dövlət və özəl sektorun 300 nəfərədək nümayəndəsi iştirak edir.
Günəş Mərd
tag: Təhsil ,Elm, Anar Əliyev , Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ,İşsizlik ,todaypress.az,