Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçimi başladı
Elm və Təhsil
28.08.2024 11:10
Avqustun 28-dən sentyabrın 2-dək boş qalan plan yerlərinə ixtisas seçimi aparılacaq.
TodayPress xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, I mərhələdən sonra I ixtisas qrupu üzrə 1304, II ixtisas qrupu üzrə 246, III ixtisas qrupu üzrə 400, IV ixtisas qrupu üzrə 463, V ixtisas qrupu üzrə isə 348 plan yeri boş qalıb.
Qeyd edək ki, ali təhsil müəssisələrinə ixtisas seçimi müsahibəsinin nəticələrinə əsasən 55 min 656 nəfər (o cümlədən 7287 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub.
Onlardan 27 min 117 (o cümlədən 1579 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 28 min 539 (o cümlədən 5708 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Ali təhsil müəssisələrinin qəbul planı 95.27 faiz dolub.
tag: Dövlət İmtahan Mərkəzi , Tələbələr, İxtisas, Təhsil, Seçim, todaypress.az,