Ali məktəblərə qəbul imtahanlarında iştirak üçün qeydiyyat başladı

Elm və Təhsil

20.02.2025 00:32

1803

Ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün qeydiyyat başlayıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) TodayPress-ə verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulunun I mərhələsi 20 fevral-5 mart 2025-ci il tarixləri arasında aparılacaq.


Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyənlərin qeydiyyatı da 20 fevral-5 mart 2025-ci il tarixləri arasında həyata keçiriləcək.

Qeyd edək ki, ali məktəbələqə qəbulun I mərhələsi hesab olunan tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı 2-9 mart 2025-ci il tarixlərində keçiriləcək.

 

tag: DİM, Ali Təhsil, Qeydiyyat, Orta İxtisas, Təhsil, 11 İllik, todaypress.az,