ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlandı
Elm və Təhsil
20.11.2024 20:16
2023-2024-cü tədris ili
ərzində ABŞ-da 1 130 azərbaycanlı təhsil alır.
TodayPress xəbər verir ki, bu barədə ABŞ-ın
Azərbaycandakı səfiri Mark Libbi COP29 İnformasiya Məntəqəsində azərbaycanlı
tələbələrin nailiyyətlərini qeyd etmək üçün xüsusi təşkil edilən tədbirdə
bildirib.
O qeyd edib ki, bu, əvvəlki illə müqayisədə 25,4 faiz
artım deməkdir.
"Birləşmiş Ştatlarda təhsil almağı qarşısına məqsəd
qoyan azərbaycanlılar getdikcə daha çox uğur qazanırlar. ABŞ dünyanın hər
yerindən gələn, 210-dan çox ölkə və regionun tələbələri üçün ən cəlbedici
təhsil məkanıdır" səfir vurğulayıb.
tag: Azərbaycan, ABŞ, Təhsil, Tələbə, todaypress.az,