87 tələbə Türkiyə-Azərbaycan Universitetində təhsil alacaq
Elm və Təhsil
24.08.2024 20:52
Türkiyə-Azərbaycan Universitetinə bu il ümumilikdə 87 tələbə təhsil alacaq.
TodayPress xəbər verir ki, bu barədə Türkiyənin Ali
Təhsil Şurasından (YÖK) məlumat verilib.
Bu il fəaliyyətə başlayacaq universitetin
birinci kursunda kompüter mühəndisliyi və sənaye mühəndisliyi bölmələri üzrə
30, qida mühəndisliyi fakültəsi üzrə 27 tələbə olmaqla ümumilikdə 87 tələbə
təhsil alacaq.
Qeyd edilib ki, Türkiyə-Azərbaycan Universitetinin
kompüter mühəndisliyi fakültəsinə qəbul üçün ən yüksək bal 684,9, ən aşağı bal
isə 641,6 olub. Sənaye mühəndisliyi fakültəsi ən yüksək bal – 663,7, ən aşağı
bal isə 544,4 olmaqla tələbə qəbul edib. Qida mühəndisliyi fakültəsində ən
yüksək bal 632,8 olduğu halda bu bölmənin baza balı 452,1 olub:
"Türkiyənin aparıcı universitetlərinin proqramlarına
əsasən təhsil veriləcək Türkiyə– Azərbaycan Universiteti “çətir universitet”
funksiyasını yerinə yetirəcək. Universitet ilk dəfə proqramlarını açmaq əvəzinə
təhsil fəaliyyətini davam etdirən və bu mövzuda özünü sübut etmiş
universitetlərin proqramlarını özündə birləşdirəcək. Beləliklə, 2024–2025-ci
tədris ilində Türkiyə–Azərbaycan Universitetində açılan kompüter mühəndisliyi
ixtisasında Orta Doğu Texniki Universitetinin (ODTÜ), sənaye mühəndisliyi
sahəsində İstanbul Texniki Universitetinin (İTU) qida mühəndisliyi ixtisasında
Hacettepe Universitetinin təhsil proqramları əsas götürüləcək".
Türkiyə–Azərbaycan Universitetində bu proqramları uğurla
başa vuran tələbələr müvafiq universitetlərin diplomlarını alacaqlar.
tag: Türkiyə, Azərbaycan,Universitet, Tələbə,todaypress.az,