5 il ərzində 5 min tələbə: Qarabağ Universitetində kimlər təhsil ala bilər?

Elm və Təhsil

11.07.2024 13:53

“Qarabağ Universiteti bu ilin sentyabr ayından fəaliyyətə başlayacaq”. 

Bunu TodayPress-in sorğusuna cavab olaraq Qarabağ Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytən Quliyeva deyib. O, bildirib ki, 2024-2025-ci tədris ilində tələbə qəbulu ali təhsilin yalnız bakalavriat səviyyəsi üzrə aparılacaq.  

“Tələbə qəbulu Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Hazırda Qarabağ Universitetində ilk tədris ilinə hazırlıq işləri görülür. Ali təhsilin digər səviyyəsi üzrə, yəni magistraturaya qəbul isə növbəti tədris illərində həyata keçiriləcək və bununla bağlı öncədən məlumatlandırılma ediləcək. Xarici tələbələrin qəbulu və mübadiləsi də növbəti tədris illərindən etibarən nəzərdə tutulub” deyə Aytən Quliyeva əlavə edib.

Qeyd edək ki, 2024-2025-ci tədris ilində Qarabağ Universitetində 27 ixtisas üzrə 1200 tələbənin təhsil alması planlaşdırılır və bu sayın yaxın 5 il ərzində 5 minə çatdırılması gözlənilir.

Töhfə Səməd

tag: Aytən Quliyeva, Qarabağ Universteti, Ali Təhsil, Dövlət İmtahan Mərkəzi, todaypress.az,

photo