37 mindən çox tələbə TTK-dan yararlandı
Elm və Təhsil
15.08.2024 12:13
Təhsil Tələbə Krediti Fonduna indiyədək 48 min 751 müraciət daxil olub. Müraciətlərdən 463-ü natamam olub. Hazırda 501 müraciət emaldadır.
Bu barədə TodayPress-ə Təhsil Tələbə Krediti Fondundan məlumat verilib.
Müraciət edən tələbələrdən 37 min 822-nə təhsil tələbə krediti verilib. Bunlardan 12 min 937-si sosial, 24 min 885-i standart təhsil tələbə krediti kimi rəsmiləşdirilib. Ümumilikdə 9 min 914 müraciətə imtina cavabı verilib. Habelə 51 müraciət banka göndərilib.
tag: Təhsil Tələbə Krediti,Müraciət, Bank, Tələbələr, Fond, todaypress.az,